Modern.az

Yoluxma yenə artdı, 16 nəfər öldü

Yoluxma yenə artdı, 16 nəfər öldü

مورد توجه

8 Mart 2022, 18:40

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 276 yeni yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 789 757 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 776 514 nəfər müalicə olunaraq sağalıb, 9 547 nəfər vəfat edib, aktiv xəstə sayı 3 696 nəfərdir.

 

Ölkədə son sutka ərzində 4 142, hazırkı dövrədək isə 6 607 460 test aparılıb.

 

Qeyd edək ki, ötən günlə müqayisədə yoluxma və ölüm sayında nisbətən artım müşahidə olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı