Nizami Rayon Polis İdaərinin 23-cü Polis Bölməsinə rayon ərazisində “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.
Rəsmi məlumata görə, ahzırda faktla bağlı araşdırma aparılır.