Modern.az

Ermənistada dizel və un bahalaşıb

Ermənistada dizel və un bahalaşıb

Current

21 İyun 2022, 15:36

Ermənistanda son 12 ayda dizel yanacağı və un bahalaşıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

 

2021-ci ilin iyunundan 2022-ci ilin mayına qədər Ermənistanda dizel yanacağının faktura qiyməti (Ermənistana idxal olunan qiymət) 72-76% artıb.

 

Eyni zamanda, son 12 ayda dolların erməni dramına nisbətdə məzənnəsi 10-13% ucuzlaşıb.

 

Nəticədə dizelin orta pərakəndə satış qiyməti demək olar ki, 45% (44,86%) artaraq litri 457 dramdan 670-ə (hazırkı məzənnə ilə təxminən 1,6 dollar) yüksəlib.

 

O cümlədən, 2022-ci ilin mart ayında orta qiymət 563 dram, apreldə 612, may ayında 662, iyunda 670 dram təşkil edib.

 

Bundan əlavə, son 12 ayda (iyun 2021-ci il - iyun 2022-ci il) buğdanın faktura qiyməti 20-23%, dolların məzənnəsi 10,13% ucuzlaşıb, lakin Baqramyan un dəyirmanının unun pərakəndə satış qiymətləri 260 dramdan 310 drama qədər (75 sentdən bir qədər az) artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı