Modern.az

Türkiyədə partlayış olub: Ölənlər var

Türkiyədə partlayış olub: Ölənlər var

Aktual

20 Fevral 2023, 13:44

Türkiyənin Şanlıurfa şəhərində partlayış olub. Hadisə yaşayış binasında baş verib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

 

Binadan insanlar təxliyə olunub və təhlükəsizlik tədbirləri görülüb. Hazırda hadisə yerində araşdırma aparılır. 

 

İlkin məlumata görə, binanın birinci mərtəbəsində yerləşən iş yerində qaz balonu partlayıb.

 

Xatırladaq ki, Şanlıurfa dağıdıcı zəlzələnin təsirinə məruz qalmış on vilayətdən biridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı