Modern.az

Türkiyədə daha bir zəlzələ - VİDEO

Türkiyədə daha bir zəlzələ - VİDEO

Aktual

20 Fevral 2023, 23:30

Bu gün axşam saatlarında Türkiyənin Hatay şəhərində daha bir zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kandilli rəsədxanası məlumat yayıb.

 

4,3 bal gücündə olan zəlzələ Hatayın Mızraklı-Samandağ bölgəsində yerli saatla 22:00-da qeydə alınıb.

 

Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib. Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) vətəndaşları sahilə yaxın ərazilərdən uzaq durmağa çağırıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı