Modern.az

Azərbaycan və Küveyt işğala son qoyub - Nazir müavini 

Azərbaycan və Küveyt işğala son qoyub - Nazir müavini 

Aktual

22 Fevral 2023, 19:28

"Azərbaycan və Küveyt işğaldan əziyyət çəkib. Lakin tarixi ədalət bərpa olunaraq hər iki ölkə işğala son qoyub".

 

Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Fariz Rzayev Küveytin Azərbaycandakı səfirliyin Küveytin Dövlət Müstəqilliyinin 62-ci və işğaldan azad edilməsinin 32-ci ildönümü münasibətilə keçirdiyi tədbirdə deyib.

 

O bildirib ki, Azərbaycanla Küveyt beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.

 

"Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələr bundan sonra da yüksək səviyyədə davam edəcək", - deyə nazir müavini qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı