Vətən Müharibəsi şəhidinin övladı dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu feysbuk hesabında məlumat paylaşıb.
O bildirib ki, Lənkəran rayonunun Boladi kəndinin şəhidi Valeh Əkbərzadənin yeganə övladı Murad ağır ürək xəstəliyindən vəfat edib.
"Valeh Əkbərzadə 5 noyabr 2020-ci il tarixdə Şuşada şəhid olub. Ata-bala qovuşdular" - paylaşımda deyilir.
