Modern.az

Rusiya və Azərbaycan bir-birinə güvənir - Lavrov

Rusiya və Azərbaycan bir-birinə güvənir - Lavrov

مورد توجه

28 Fevral 2023, 13:35

"Ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi regional məsələlərdə stabilləşdirici rol oynayacaq".

 

Modern.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün nəticələrini şərh edərkən deyib.

 

"Rusiya və Azərbaycan bir-birinə güvənir və bu, iki ölkə arasında əməkdaşlığın mühüm tərkib hissəsinə çevrilib. Ölkələr arasında rekord həcmdə ticarət dövriyyəsi gözlənilir. Rusiya post-konflikt dövründə Azərbaycan ərazilərinin bərpasına töhfə verməyə hazırdır. Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı məsləhətləşmələrdə köməklik göstərəcək", - deyə Lavrov söyləyib.

 

Qeyd edək ki, tərəflər birgə mətbuat konfransı keçirir.

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi nə qədərdir? - Nazir açıqladı
Bu xəbər ilə bağlı
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi nə qədərdir? - Nazir açıqladı
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı