Modern.az

ÜST-dən qızılca xəbərdarlığı

ÜST-dən qızılca xəbərdarlığı

Aktual

28 Fevral 2023, 13:56

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir.

 

Bu barədə Modern.az-a ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

 

Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.

 

ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı