Modern.az

Naxçıvanla bağlı daha bir SƏRƏNCAM

Naxçıvanla bağlı daha bir SƏRƏNCAM

Aktual

28 Fevral 2023, 23:24

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi qaydası müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 27 fevral tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminə qoşulanadək kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı