Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlib.
Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.
"Yenidən Bakıdayam. Münhendəki görüşlərdən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə substantiv görüşləri səbirsizliklə gözləyirəm. Bu gün baş verən ölümcül hadisə sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqlarda irəliləyişin vacibliyini vurğulayır", - deyə o qeyd edib.
Back in Baku. Look forward to substantive meetings with ?? leadership to advance peace process after meetings in Munich. The deadly incident today underscores the urgency of pushing forward with negotiations to achieve stability & a fair peace.
— Toivo Klaar (@ToivoKlaar) March 5, 2023