Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetin Riyaziyyat-informatika, Fizika və teniki fənlər fakultələrinin bir qrup fəal gənci dahi Azərbaycan şairi Nizami Gəncəvi Məqbərəsini və muzeyini ziyarət edib.
Tələbələr Nizami Gəncəvi muzeyində dünya şöhrətli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar. Muzey bələdçiləri şairin ədəbi irsi, burada sərgilənən kitablar və monoqrafiyalar haqqında ətraflı məlumat veriblər.
Muzeydə Nizami Gəncəvinin əsərlərinə dair əlyazmalar və miniatürlər ilə tanışlıq gənclərin xüsusi marağına səbəb.