Modern.az

Sabah yağış yağacaq - PROQNOZ

Sabah yağış yağacaq - PROQNOZ

Aktual

6 Mart 2023, 12:50

Azərbaycanda martın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında gecə başlayan yağışın günorta saatlarınadək davam edəcəyi, saat 14:00 radələrində kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi əvəz olunacaq.

 

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı