Modern.az

Sülhməramlıların və BQXK-nin maşınları Laçın yolundan keçib

Sülhməramlıların və BQXK-nin maşınları Laçın yolundan keçib

Aktual

7 Mart 2023, 09:28

Ekoaksiyanın iştirakçıları martın 7-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

 

Modern.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus iki yük və altı minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

 

Eyni zamanda Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət ediblər. Belə ki, Xankəndindən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 3 minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı