Modern.az

Azərbaycanlı həkimlər Avropa Radioloqlar Konqresində uğur qazanıb

Azərbaycanlı həkimlər Avropa Radioloqlar Konqresində uğur qazanıb

Aktual

13 Mart 2023, 15:02

1 - 5  mart 2023-cü il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Radioloqlar Konqresinin toplantısı keçirilib. 

 

Bu mühüm, qitələrarası miqyaslı foruma dünyanın ən məşhur radioloqları dəvət edilir və toplantı tibb sahəsində möhtəşəm beynəlxalq tədbirlərdən biri sayılır.

 

Modern.az saytı xəbər verir ki, Avropa Radioloqlar Konqresində Azərbaycan da təmsil olunub.

 

Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri Yunus  Əfəndiyev,  cəmiyyətin İdarə Heyətinin üzvləri – Milli Onkologiya Mərkəzinin MRT şöbəsinin rəhbəri Dr. Anar Kazımov və “Oki” klinikasının icraçı direktoru, həkim-radioloq İlham Kərimov konqresdə məruzələrlə çıxış ediblər.

 

Konqresin baş sponsoru Almaniyanın BAYER şirkəti olub.

 

Beynəlxalq qurumda radiologiya elminin müasir nailiyyətləri işıqlandırılıb.

 

Konqresin sərgisində 122 ölkədə istehsal olunmuş ən son radioloji avadanlıqlar nümayiş etdirilib.

 

Avropa Radioloqlar Konqresi Azərbaycanı təmsil edən nümayəndələr üçün uğurlu olub. Belə ki, həkimlərimiz ilk dəfə olaraq Avropa  Radioloqlar İttifaqının Direktorlar Şurasının seçkisində institutsional üzv qismində iştirak etmək hüququ qazanıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı