Modern.az

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

Aktual

14 Mart 2023, 15:06

14-16 mart tarixlərində ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycanda səfərdə olacaq.

 

Modern.az-a Səfirliyə istinadən xəbər verir ki, Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

 

Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı