Modern.az

Anar Quliyev WUF13 forumunun yekunlarını şərh etdi

Anar Quliyev WUF13 forumunun yekunlarını şərh etdi

Aktual

Bu gün, 15:48

BMT Baş katibinin müavini Əminə Məhəmmədə, həmçinin UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxa forum çərçivəsində göstərdikləri dəstəyə görə təşəkkür edirəm.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.

Komitə sədri qeyd edib ki, WUF13 Azərbaycan hökuməti ilə UN-Habitat arasında güclü əməkdaşlığın nümunəsinə çevrilib:

“Bu tərəfdaşlıq sayəsində Ümumdünya Şəhərsalma Forumu inklüzivliyi, dialoqu və dayanıqlı şəhər gələcəyinə ortaq bağlılığı əks etdirən platforma oldu”.

O, forumun təşkilində iştirak edən UN-Habitat komandası, WUF13 Azərbaycan əməliyyat şirkəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarına xüsusi təşəkkürünü bildirib.

“Fədakar əməyiniz və yüksək peşəkarlığınız sayəsində bu miqyasda, müxtəliflikdə və əhəmiyyətdə olan forum uğurla təşkil edildi”, - deyə Anar Quliyev vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı