Milyarder Mixail Smirnov Leninqrad vilayətində motosiklet qəzasında həlak olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəza mayın 20-də baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, motosikletçi idarəetməni itirərək qarşıdan gələn nəqliyyat vasitələrinə çıxıb və orada Haval markalı avtomobillə toqquşub.
Mixail Smirnov bir neçə şirkəti (o cümlədən Neva Oil MMC) birləşdirən Baltic Fuel Company biznes qrupu ilə əlaqəlidir.