İranın Gilan vilayətində azyaşlını döyərək öldürən atalığı bu gün məhkəmənin qərarı ilə edam edilib.
Modern.az xəbər verir ki, ötən ilin oktyabrında ögey ata 3 yaşında uşağı döyərək öldürüb. Azyaşlının bədənində siqaretlə yandırma izləri də aşkar edilib. Hadisəni törədən şəxs məhkəmədə ifadəsində uşağı öldürmək istəmədiyini, sadəcə qorxutmaq niyyətində olduğunu deyib.