Modern.az

“Kurtlar Vadisi Pusu”nun “Böyük İskəndər”i Azərbaycanda

“Kurtlar Vadisi Pusu”nun “Böyük İskəndər”i Azərbaycanda

Ölkə

26 Avqust 2011, 19:11

Azərbaycan və Türkiyə kinomatoqrafçıları avqustun 27-dən yeni serial çəkilişlərinə başlayır. Bir çox ünlü Azərbaycan və Türkiyə aktyorunun rol alacağı serial “Qaranlıqlar çiçəyi”
adlanır. Bu xəbəri Modern.az-a “Yeddi dövlət –bir millət” Konseyi başqanı Azər Həsrət verib.

İTV-də yayınlanması nəzərdə tutulan serialın əsas mövzusu eşq və intiqamdır. Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahidlik edən Lalə adlı qızcığaz böyüyüncə hüquqçu sənətinə yiyələnib intiqam almaq fikrindədir. Lakin zaman öz işini görür və Lalə atasının qatili sandığı adama getdikcə aşiq olmağa başlayır. Daha sonra isə bəlli olur ki, qatil heç də onun sandığı adam deyilmiş. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını fərq etmirlər. Melodrama janrında çəkiləcək serial 39 seriyadan ibarət olmaqla bu il sentyabrın 25-dən (və ya oktyabrın 5-dən) başlayaraq İTV-nin axşam proqramlarında yayınlanacaq.
Filmin rejissoru Kanal D-də (Türkiyə) yayınlanan “Aşk Yakar” dizisinin rejissoru Mehmet Ulukan,
operatoru “Kurtlar Vadisi”nin operatoru Bülent Özekdir.

Onu da qeyd edək ki, filmdə Azərbaycan tərəfdən Rasim Balayev, Səfurə Əlizadə, Günəş Mehdi, Nəsimi Mirzə, Abbas Qəhrəman, Zaur Şəfi, Arifə İslam və Vuqar Əlinin rol alması planşaldırılır.

Türkiyə tərəfdən isə “Kurtlar Vadisi Pusu”nun məşhur “Böyük İskəndər”i rolunun ifaçısı Mustafa Uzunlarla birlikdə Osman Albayrak, Mustafa Üstündağ (“Kurtlar Vadisi Pusu”da Muro), Bülent
Şakrak, Begüm Kütük, Hüseyin Avni Danyal (“Kurtlar Vadisi Pusu”da Bulut), Ebru Özkan, Güler Ökten kimi tanınmış dizi oyunçuları yer alacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı