Modern.az

Bakının sayrışan işıqları: onun haqqını yalnız sadə vətəndaş ödəyir

Bakının sayrışan işıqları: onun haqqını yalnız sadə vətəndaş ödəyir

Ölkə

24 İyun 2010, 13:28

Respulikada həyata keçirilən təmir-bərpa işləri ölkənin mərkəzi şəhərlərinin inkişaf etmiş qabaqcıl şəhərlər sırasına çıxarılması ilə nəticələnib. Elə paytaxt Bakıda da görülən abadlıq işləri şəhərin görünüşünü tamamilə dəyişdirib. Xüsusən, paytaxtın yolkənarı binalarında yaradılan işıq effekti Bakıya xüsusi gözəllik verir. Paytaxtın sayrışan işıqları onu daha da füsunkar edir. Vaxtilə Bakının gecələri Neapol gecələrinə, Sank-Peterburqun "ağ gecələri"nə bənzədilsə də, ində həmin şəhərlər Bakı ilə müqayisəyə belə gətirilə bilməz. Əslində müstəqil Azərbaycanın paytaxt şəhəri belə də olmalıdır ki, hər bir vətəndaş doğma paytaxtı ilə öyünə bilsin. Ancaq məsələ ondadır ki, paytaxtın bütün yol boyu inzibati və yaşayış binalarında yaradılan işıq effektinin ziyanını sadə vətəndaşlar çəkməkdədir. Paytaxtda aparılan təmir-bərpa işləri nəticəində bütün inzibati və yaşayış binalarının fasadları qaşınaraq onlara işıq effekti verilib. Ancaq bu zaman kifayət qədər ifratçılığa yol verildiyini desək, heç də fikrimizdə yanılmarıq. Belə ki, hazırda gecələr istənilən inzibati binanın dörd tərəfi işıq saçır. Yəni hər bir pəncərənin altı və üstündə bir elektrik lampası yanır. Bu isə o deməkdir ki, hər bir inzibati bina özünü ən azı 250-300 elektik lampası ilə işıqlandırır. Özünü ona görə deyirəm ki, binaların müasir işıqlandırma sitemində sanki dəb halını alıb ki, hər bir binada quraşdırılan işıq sistemi əks effekt verərək yalnız həmin binanın özünü işıqlandırır. Bundan  əlavə bütün binaların ərtafı boyu yerin altından işıq bərq vurur ki, həmin işıq da bina istiqamətinə tuşlanıb. Bina sahibinin xəsisliyi ucbatından küçələr qaranlıq olur ki, onları da əlavə xəttlə işıqlandırmaq zərurəti yaranır. Hələ bu binaların otaqlarındakı bütün pəncərələrdə quraşdırılan kondinsionerləri, qış vaxtı otaqları isitmək üçün istifadə edilən elektrik cihazları və ən nəhayət kompüter və digər elektik məişət avadanlıqlarını demirik. Orta hesabla hər bir inzibati binanda 150-170 kondinsionerin quraşdırılmasını müşahidə etmək mümkündür. Üstəgəl nəzarət olmadığından bir çox binalarda həmin işıqlar təkcə gecə deyil, gündüz də yanır. Beləliklə bir inzibati, yaxud yaşayış binasının ay ərzində nə qədər elektrik enerjisi sərf etdiyini təsəvvür etmək bir o qədər də çətin məsələ deyil. Çətin məsələ odur ki, onların istifadə etdikləri elektik enerjisinin haqqı sadə vətəndaşlar hesabına ödənilir. Əks halda nazirlik və yaxud komitələr dövlət büdcəsindən ayılan vəsaitin əksər hissəsini elketrik enerjisi haqqına xərclənməli olardılar. Təsəvvür edin ki, Yardımlı rayonunun Bozayran kəndi 250-300 evdən ibarətdir ki, həmin kəndə yalnız 6 saat elektrik enerjisi verilir. Deməli, paytaxtın bir inzibati binasındakı kondinsionerlərə bizim kənddən ən azı 4-5 dəfə çox elektrik enerjisi sərf olunur. Burada söhbət təkcə elektrik enerjisinin israfçılığından yox, həm də onun haqqının kimin tərəfindən ödənilməsindən gedir. Hazırda paytaxtda bir tərəfdə tamamilə işığa bürünmüş inzibati binalar, digər tərəfdə isə zülmətə qərq olmuş yaşayış binaları müşahidə olunmaqdadır. Hələ bir müddət əvvəl vətəndaşların elektrik enerjisi haqqını ödəməkdən yayındığını əsas gətirən "Azərenerji" paytaxtdakı çoxmərtəbəli yaşayış binaların bütün girişindəki işığı ləğv etdi. Yalnız birinci mərtəbələrdə işıq ümumi istifadə üçün saxlandı. Qalan mərtəbələrdəki işıqlar vətəndaşların öz hesablarına çəkildi. Belə halda sözügedən qurum Bakı-aereport yolunda, Suraxanı rayonunda, Şəhidlər Xiyabarında və Heydər Əliyev prospektində günün günorta çağı yanan işıqları niyə görmür. Maraqlı məqam ondan ibarətdir ki, paytaxtda yeni inşa edilən binalardakı mənzillərin satılmamasına baxmayaraq, həmin binaların bütün mənzillərində gecə-gündüz işıq yanır. Məlumata görə, paytaxtda minlərlə belə yaşayış binası tikilib. Belə halda haqqı ödənilməyən elektik enerjisinin miqaysını təsəvvür etmək qeyri-mümkündür. Ətrafdakı yaşayış binaları isə zülmətə qərq olub. Təssüf ki, "Azərenji" bütün israf olunan elektrik enerjisinin haqqının sadə vətəndaşlardan qoparmaq iddiasını ortaya qoyub. Bunun nəticəsidir ki, heç bir əsas olmadan vətəndaşlara külli miqdarda borc yazılır və müxtəlif üsullarla onun ödənilməsi təmin edilir. Beləlklə, kommersiya təşkilatları, inzibati binalar və imkanlı şəxslərin villalarında israf olunan elektrik enerjisinin haqqını sadə vətəndaşlar ödəməli olur. Təsadüfi deyil ki, "Azərenerji"nin yaydığı bütün məlumatlarda vətəndaşların elektrik enerjisindən qanunsuz istifadəsi faktları aşkar edilir və inzibati sanksiya tətbiq edilir. Məgər yeni tikilən binalara, paytaxtın restoran və şadlıq evlərinə, müxtəlif istehsal sahələrinə verilən elektik enerjisi qanunidirmi? Axı həmin binalar hələ istismara qəbul edilmədiyindən orada sayğaclaşma aparılmayıb. Belə çıxır ki, "Azərenerji" girişə bilmədiyi obyektlərin istifadə etdiyi qeyri-qanuni elektrik enerjisini sadə vətəndaşların hesabına kompensasiya edir.  

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı