Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun AVRO-2 tələblərinə dair (AZS 447-2010) dövlət standartının tətbiqi ilə bağlı bəzi tədbirlər barədə əmr imzalayıb. Modern.az-ın məlumatına görə, sözügedən əmrə əsasən, Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinin AVRO-2 tələblərinə uyğunluğunun müəyyən edilməsi cədvəli AZS 447-2010 standartına əlavə edilib. 1 sentyabr 2010-cu il tarixinədək idxal olunan avtonəqliyyat vasitələrinin AZS 447-2010 Dövlət Standartının tələblərinə uyğunluğu buraxılış ilindən asılı olaraq 2 nömrəli Əlavəyə əsasən müəyyən edilir:
| Nəqliyyat vasitəsinin və (və ya) onların mühərriklərinin mənşə ölkəsi | Buraxılış ilindən asılı olaraq Avro-2 tələblərinə uyğunluğu |
| Avropa İttifaqına daxil olan dövlətlər * | 1997-və sonrakı illər |
| ABŞ və Latın Amerikası ölkələri | 1996- və sonrakı illər |
| Yaponiya | 1998- və sonrakı illər |
| Kanada | 2001- və sonrakı illər |
| Hindistan | 2005- və sonrakı illər |
| Malayziya | 2003- və sonrakı illər |
| Çin | 2004- və sonrakı illər |
| Koreya | 2001- və sonrakı illər |
| Rusiya | 2006- və sonrakı illər |
| Özbəkistan | 2007- və sonrakı illər |
| Ukrayna | 2006- və sonrakı illər |
| Digər MDB ölkələri | 2006- və sonrakı illər |
| Türkiyə | 2001- və sonrakı illər |
| İran | 2009 - və sonrakı illər |
Qeyd: *Avropa İttifaqına daxil olan dövlətlər: Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İtaliya, İrlandiya, İsveç, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan, Bolqarıstan və Rumıniya.