Modern.az

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov: “Təəssüflə qeyd etməliyəm ki..."

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov: “Təəssüflə qeyd etməliyəm ki..."

Ölkə

18 Avqust 2010, 09:35

Avropa Liqasının pley-off mərhələsində avqustun 19-da Dortmund “Borussiya”sı ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun almanlarla çətin səfər oyunu ərəfəsində UEFA-nın rəsmi sayıtında açıqlaması dərc olunub. O, Ağdam klubunun qrup mərhələsinin bir addımlığında qarşılaşacaqları çətin rəqiblə oyun öncəsi komandasının durumunu dəyərləndirib:

“Bilirik ki, Dortmund “Borussiya”sı Almaniyanın sayılıb-seçilən və köklü klublarından biridir. Həmçinin “Borussiya”nın çox çılğın azarkeşləri olduğu haqqında da məlumatımız var. Futbolçularımı bu oyuna kökləmək üçün mən əlimdən gələni etmişəm. Almaniyaya bir neçə gün əvvəl gəlməyimiz də məhz bununla bağlıdır. İnanıram ki, futbolçularımı qarşıdakı oyuna düzgün hazırlaya bilmişəm. Təəssüflə qeyd etməliyəm ki, Avroliqanın təsnifat mərhələsində 5 qola imza atan Əfran İsmayılovun zədələnməsi heyətdə müəyyən problem yaradacaq. Bununla belə, Azərbaycan millisinin almaniyalı baş məşqçisi Berti Foqs bizə Dortmund barəsində yetərincə məlumat verib. İnanıram ki, onun verdiyi informasiyalar bizə oyun zamanı çox kömək olacaq. Mən də öz növbəmdə bu köməyə görə Berti Foqsa təşəkkür edirəm. Biz bütün imkanlarımızdan istifadə edəcəyik ki, Azərbaycana sərfəli nəticə ilə dönək”.

"Qarabağ”ın rəqibi “Borussiya”nın baş məşqçisi Yurgen Klopp isə oyunöncəsi maraqlı fikirlərlə diqqət çəkib. UEFA-nın rəsmi sayıtına müsahibəsində Klopp komandasının bu oyuna tam hazır olduğunu və səbirsizliklə görüşün başlama saatını gözlədiyini bildirib. Onun sözlərinə görə, Dortmund klubu Avropada yenidən öz keçmiş əzəmətini qaytarmaq əzmindədir:

“Ötən mövsüm Avroliqa  bizim üçün uğursuz oldu. Təəssüflər olsun ki, keçən il Avroliqanın birinci təsnifat mərhələsində İtaliyanın “Udineze” klubuna penaltilər seriyasında məğlub olaraq mübarizəni erkən dayandırmışdıq. Lakin bu mövsüm Almaniya bundesliqasında beşinci yer tutaraq yenidən Avroliqaya vəsiqə qazandığımıza görə çox sevinirik. Bununla belə rəqibimizi heç də zəif hesab etmək olmaz. Biz “Qarabağ”ın Polşa təmsilçisi “Visla” klubu ilə keçirdiyi hər iki oyunu izləmişik. Qeyd etməliyəm ki, həmin oyunlarda “Qarabağ” olduqca yaxşı təsir bağışladı. Bu isə ilk oyunun çox gərgin keçəcəyindən xəbər verir. Lakin mən futbolçularıma inanıram. Yetirmələrimin Almaniya kubokunun ilk oyununda “Burqhauzen” klubuna 3-0 hesabı ilə qalib gəlməsi  komandanın əhval-ruhiyyəsini daha da yüksəldib. Yeganə problemimiz Dedenin yoxluğu olacaq ki, onun zədələnməsi həqiqətən işimizi çətinə salacaq. İstənilən halda  bu cütün favoriti “Borussiya” komandası göstərilir. Bu isə bizim xeyrimizə işləyəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı