Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu il keçiriləcək parlament seçkilərində namizədliyini yenidən 26 saylı Sabunçu 1-ci seçki dairəsindən irəli sürəcək. Bu barədə Modern.az-a məlumat verən millət vəkili həmçinin bildirib ki, rəhbərlik etdiyi partiya seckilərdə blok şəklində iştirak etmək niyyətindədir.
“Hazırda Böyük Quruluş, BAXCP və Ədalət pariyaları arasında seşki bloku yaratmaqla bağlı fəal müzakirələr gedir. Hələlik yeni seçki blokunun adı müəyyənləşməyib”-deyə millət vəkili qeyd edib.
Gələn həftəyə qədər secki bloku élan edilməlidir.
“Blok yaranacağı təqdirdə partiya müttəfiqləri ilə birgə kampaniyaya qatılacaq. Əgər danışıqlar alınmasa, Böyük Quruluş təkbaşına seçkilərə qatılacaq”-deyə F.Mustafa vurğulayıb.
Modern.az