Modern.az

DYP kapitanı: “Sürücüləri saxlayan əməkdaşlarımız bəzən qorxudan onların himayəçiləri ilə telefonla danışırlar...”

DYP kapitanı: “Sürücüləri saxlayan əməkdaşlarımız bəzən qorxudan onların himayəçiləri ilə telefonla danışırlar...”

Ölkə

26 Avqust 2010, 18:19

Müşahidələr göstərir ki, Dövlət Yol Polisinin əməkdaşları bəzi hallarda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı tədbirlər görməkdən çəkinirlər. Belə ki, saxlanılan həmin sürücü dərhal kiməsə zəng vurur və  telefonu DYP əməkdaşına verir ki, al danış. Təəccüblüsü odur ki, yol polisi belə sürücülərin tələbi ilə razılaşaraq, ona uzadılan telefon alıb xəttin o başındakı şəxslə danışır və ardlnca da qayda pozucusunu buraxır.

Yəqin ki, belə hal Azərbaycandan savayı, heç bir ölkədə yaşanmır. Əgər  DYP əməkdaşı sürücünü düzgün olaraq yol hərərkət qaydalarını pozduğuna görə saxlayırsa, o zaman saxlanılan avtomobil sahibinin hansısa “gözəgörünməz və böyük” adamı ilə danışmağa nə ehtiac?

Əgər DYP əməkdaşı sürücünü nahaqdan saxlayırsa, heç onda da “gözəgörünməz və böyük” adama zəng vurmaq lazım deyil, pozulan huquların uğrunda mübarizə aparmalısan?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyevin fikirlərini öyrəndik.

Müsahibimiz bildirdi ki, sürücülərin himayədarları ilə telefon əlaqəsinə girməmək barədə dəfələrlə müfəttişlərə rəhbərlik tərəfindən göstəriş verilib: “Təbii ki, biz də bu məsələnin əleyhinəyik. Ancaq təəssüflər olsun ki, dediyiniz hallar var. Əksər vaxtlarda qaydaları pozan sürücülər polis müfəttişlərini öz himayəçiləri ilə, vəzifəli şəxslərlə danışmağa məcbur edirlər”.

“Niyə DYP əməkdaşları kiminləsə həmin himayədarlarla danışmaqdan imtina etmirlər” sualına həmsöhbətimiz “telefonu götürmədikdə bəzən həmin əməkdaşlar problem yaşayırlar. Konkret olaraq, qorxu halları da var. Bir də görürsən, hansısa polis rəisi, prokuror, deputat və digər vəzifə sahibləri saxlanılan avtomobil sürücüsünün mobil telefonunu alıb danışmayan müfəttişi axtarıb tapır, sonrası da olur problem”.

“Bəs məsələdən çıxış yolu kimi nəyi təklif edirsiniz” sualına Bakı Şəhər DYP-nin rəsmisi “Azərbaycandan başqa hər yerdə istəniən vəzifə sahibi avtomobil idarə edirsə, özünü sürücü kimi aparır. Bizim də qanunlar bunu tələb edir. Ancaq həm DYP əməkdaşları, həm də sürücülər “müsəlməansayağı” hərəkət edirlər. Bir daha qeyd edim ki, bizdə belə hallar var və bunun qarşısı mütləq alınmalıdır” deyə cavab verib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı