Modern.az

Vurğun Əyyub Azərbaycanı tərk edib, seçkidə iştirak etməyəcək

Vurğun Əyyub Azərbaycanı tərk edib, seçkidə iştirak etməyəcək

Ölkə

8 Sentyabr 2010, 19:59

O, Müsavata seçkilərdə iştirakdan imtina ilə bağlı məktub göndərib

 

Müsavat başqanının müavini Vurğun Əyyub Azərbaycanı tərk edib. Modern.az-ın Müsavat partiyasından əldə etdiyi məlumata görə, V.Əyyub Qars Unversietetinə işləməklə bağlı ona edilmiş dəvəti qəbul edib və bu ali məktəbdə işləməyə qərar verib. Dünən Vurğun Əyyub Türkiyədən partiyanın başqanı İsa Qəmbərə seçkilərdə iştirak edə bilməyəcəyi ilə bağlı məktub da göndərib. Məktubda o, unversitetdə işləməyə qərar verdiyi üçün seçkilərdə iştirak edə bilməyəcəyini bildirib və adını AXCP-Müsavat seçki blokundan çıxarmağı xahiş edib. Partiya rəhbərlyi onun xahişini qəbul edib. Məlumatı Müsavat funksioneri Arif Hacılı da Modern.az-a təsdiqləyib. Hazırda blokun siyahısı üzrə 30 saylı Suraxanı dairəsindən vahid namizəd olaraq irəli sürülmüş Vurğun Əyyubun yeri boş qalıb. Müsavat bu dairəyə namizədlə bağlı məsləhətləşmələr aparır.

 

Xatıradaq ki, Vurğun Əyyub 1992-93-cü illərdə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri olub. Onun rəhbərliyi ilə Azərbaycanda ali məktəblərə ilk dəfə olaraq test üsulu ilə tələbə qəbulu həyata keçirilib.   Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı