“Seçki üçün səsvermə hüququ olan seçicilərin sayından əlavə 3% seçki bülleteni hazılanacaq”. Bunu Modern.az-a açıqlamasında MSK-nın mətbuat xidmətinin katibi Azər Sarıyev verib.
Seçki bülletenlərinin artıq çap olunmaqda olduğunu bildirən MSK rəsmisi Azərbaycanın səfirlik və konsulluğu olan bütün ölkələrdə Azərbaycan vətəndaşlarının səs verə biləcəyini bildirib. “Xaricdə yaşayan azərbaycanlılar səfirlik və konsulluğumuz olan ölkələrdə səs verə biləcək. Xarici ölkələrdəki məntəqələrə seçki bülletenlərinin göndərilməsi prosesi tezliklə təşkil ediləcək”.
Vüqar İsmayılov