Modern.az

Şəhid gizirimizn meyitinin qaytarılması üçün xarici ölkələrdən kömək istənilib

Şəhid gizirimizn meyitinin qaytarılması üçün xarici ölkələrdən kömək istənilib

Education

6 Avqust 2010, 19:50

Azərbaycanın Milli-İstiqlal Partiyası (AMİP) Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılmasına kömək edilməsi üçün dünyanın 65 ölkəsindən 80-dən çox sağ-mərkəzçi partiyanı özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqına müraciət ünvanlayıb.

Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə AMİP Ermənistanın beynəlxalq hüquq prinsiplərini pozan hərəkətlərinin qarşısının alınması və Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimovun meyitinin Azərbaycana qaytarılması üçün Beynəlxalq Demokrat İttifaqına üzv hökumətlərin Ermənistana təsir göstərməsi xahiş olunub.

M.İbrahimov iyunun 18-də Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Çaylı kəndi istiqamətində hücumunu dəf edərkən, bir neçə erməni əsgərini məhv edərək qəhrəmancasına həlak olub. Azərbaycan Ordusunun həlak olan 22 yaşlı gizirinin meyitini ermənilər indiyədək Azərbaycan tərəfinə qaytarmayıblar.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı