Türkiyəni Qazientep vilayətində toy mərasimi yasa dönüb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, toy mərasimi zamanı bəy təsadüfən AKM-47 avtomatından yaxınlarına atəş açıb. Havaya atəş açmaq istəyən bəy silahı idarə edə bilməyib və atası, 2 xalasını güllələyib. Onların həyatını xilas etmək mümkün olmayıb. Daha 8 nəfər yaralanıb. Uğursuz bəy yaxalanıb.