Modern.az

Nazirlik "Aysu"da yoxlamanı davam etdirir

Nazirlik "Aysu"da yoxlamanı davam etdirir

Təhsil

10 Avqust 2010, 10:48

Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Sumqayıt şosesi, 13-cü km-də yerləşən “Aysu Qida Sənaye LTD” MMC-də aparılan yoxlama zamanı müəssisənin anbarındakı məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdi.

Nazirlikdən verilən məlumata görə, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş “Aysu” əmtəə nişanlı şəkərli sərinləşdirici içkilərin etiketlərində məhsulun tərkibi barəsində düzgün olmayan məlumatların yerləşdirildiyi, bununla da istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi müəyyən edilmişdi. Belə ki, müəssisədə istehsal edilmiş “Aysu” əmtəə nişanlı qazlı limon, albalı və şaftalı içkilərinin, “Aysu” əmtəə nişanlı kvasın, “Frutta” adlı qazlı tərxun, düşes və portağal aromalı içkilərin etiketlərində məhsulun tərkibində şəkər olduğu göstərilsə də, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində həmin məhsulların şəkər əvəzedicisi ilə hazırlandığı müəyyən edilmişdi.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Aysu Qida Sənaye LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalarını davam etdirir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı