Modern.az

Mərkəzi Bankdan AÇIQLAMA: “129 milyon manat...”

Mərkəzi Bankdan AÇIQLAMA: “129 milyon manat...”

Güncel

13 İyun 2016, 15:30

Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınıb.

 

Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə də yönəlib:

 

“İyunun13-də keçirilmiş hərracın nəticələrinə görə cəlb edilmiş depozitlərin həcmi 129 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,49 % təşkil edib”.

 

Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcək:

 

“Pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcək”.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı