Modern.az

Rəsul Quliyevin qardaşı vəfat etdi

Rəsul Quliyevin qardaşı vəfat etdi

مورد توجه

19 İyul 2016, 15:58

Eks-spiker, 1996-cı ildən Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevə ağır itki üz verib.

 

Modern.az musavat.com-a istinadla xəbər verir ki, R.Quliyevin qardaşı, iş adamı Rza Quliyevin atası Sabir Bayram oğlu Quliyev bu gün səhər saatlarında vəfat edib. 

 

Rəsul Quliyevin qardaşının yasında iştirak etməsinə icazə verilib-verilməyəcəyi sual altındadır. Bununla bağlı müraciət edilib-edilməməsinə dair onun yaxınları müzakirələr aparır. 

 

Nəzərə çatdıraq ki, bir neçə il öncə keçmiş prezident Ayaz Mütəllibovun oğlu dünyasını dəyişərkən onun yas mərasimində iştirakına icazə verilmişdi. 

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı