Fransa prezidenti Fransua Olland keçmiş dövlət başçılarının saxlanılması üçün büdcə hesabından ayrılan xərclərin azaldılmasını qərara alıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, onun müvafiq fərmanı “Journal Officiel” rəsmi nəşrində çap olunub.
Hazırda Fransanın hər bir eks-prezidentinə xidməti mənzil, 7 nəfərlik ştat, dövlət xəzinəsindən ödənilən rəsmi əmək haqqı, avtomobil və ildə 65 min avro nəzərdə tutulur.
İndiki fərmana görə, dövlət başçısı postundan gedən şəxsin əməkdaşlarının sayı 5 nəfərədək azalacaq.
Bu fərman təkcə Ollanda və Fransanın gələcək prezidentlərinə yox, həm də keçmiş dövlət başçılarına: Valeri Jiskar d'Estena, Jak Şiraka və Nikolya Sarkoziyə də şamil olunacaq. Onlar üçün 5 illik müdət sənəd çap olunan gündən hesablanacaq.
Bir ay əvvəl “Mediapart” portalı Hesablama Palatasının hesabatına istinad edərək Fransada keçmiş prezidentlərin saxlanmasına dövlət büdcəsindən ildə 10,3 milyon avronun sərf edildiyini yayıb.
Modern.az