Modern.az

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar edildi

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar edildi

Aktual

27 İyul 2018, 15:21

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar olunub.

DGK-dan Modern.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-11113-OKA" markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol "qanadlarında", gömrük nəzarətindən gizlədilmiş halda 1332 ədəd "Silver Cracker" markalı pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı