Modern.az

Səudiyyə Ərəbistanı ilə Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirildi

Səudiyyə Ərəbistanı ilə Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirildi

Aktual

27 İyul 2018, 18:27

Prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyun tarixli 2861 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

 

“Komissiyanın həmsədri

 

Azərbaycan Respublikasının maliyyə naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Səudiyyə Ərəbistanı Krallığı tərəfinə bildiriş göndərmək tapşırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı