Modern.az

Quba və Siyəzəndə meşə YANĞINI- Əraziyə helikopterlər cəlb olunub - YENİLƏNİB

Quba və Siyəzəndə meşə YANĞINI- Əraziyə helikopterlər cəlb olunub - YENİLƏNİB

Aktual

28 İyul 2018, 17:08

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və Qırlar kəndlərinin, həmçinin Siyəzən rayonunun İsnov kəndi yaxınlığında (Şabran rayonu ilə sərhəddə) meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.

 

 

 

XXX

Bu gün günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanğının söndürülməsinə dərhal ETSN-nin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı