Modern.az

Meşə yanğınları zamanı 91 nəfər öldü

Meşə yanğınları zamanı 91 nəfər öldü

Aktual

29 İyul 2018, 22:13

Yunanıstanda baş verən meşə yanğınları nəticəsində ümumilikdə 91 nəfər ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər itkin düşüb.

Yunanıstan hökumətini nümayəndəsinin sözlərinə görə, faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Paytaxt Afinanın da daxil olduğu Attika bölgəsində fövqəladə vəziyyət elan edilib.

 

Yunanıstanın mülki müdafiə naziri Nikos Toskas yanğının qəsdən törədilməsini istisna etməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı