Şəmkirdəki Heydər Əliyev Mərkəzində “Şollerin arxivi” bədii filminin təqdimat mərasimi keçirilib. Filmin filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Modern.az-a bildirib ki, “Şollerin Arxivi” bədii filminin budəfəki təqdimatı Şəmkir rayonu İcra Hakimiyyəti başçısının dəstəyi ilə baş tutub.
“Filmin sonunda belə tamaşaçılar göz yaşlarını saxlaya bilmədilər və onlar icra nümayəndələrinə belə filmə dəvət aldıqlarına görə öz təşəkkürlərini bildirdilər. Almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyev cənablarının imzaladığı müvafiq sərəncama dəstək olaraq, Şəmkir rayon İcra Hakimiyyətinin başçısına bu tədbiri təşkil etdiyinə görə bir daha öz təşəkkürlərimizi bildiririk. “Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala qəbul olunub. İlin sonuna qədər beynəlxalq festivallarda nümayiş olunacaq”.