Modern.az

Mehmanxana alova qərq oldu: 8 nəfər diri-diri yandı

Mehmanxana alova qərq oldu: 8 nəfər diri-diri yandı

Aktual

30 İyul 2018, 12:50

Bu gün səhər saatlarıda Soçidə üçmərtəbəli şəxsi mehmanxanada dəhşətli yanğın hadisəsi baş verib.

 

Modern.az Rusiya Fövqəladə hallar xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində içlərində yetkinlik yaşına çatmamış üç nəfər olmaqla 8 nəfər diri-diri yanıb.

 

Nazirlikdən verilən məlumata görə yanğına səbəb xarab manqaldan istifadə olub.

Mehmanxananın söndürülməsində nazirliyin 19 texnika və 62 personalı iştirak edib.

 

Şəhər rəhbərliyinin mətbuat xidmətindən yanğının yeməkxananın kölgəliyindən başladığı bildirilib.

Hadisə şahidlərin sözlərinə görə ev anidən alışıb və yanğın 300 kvadrat əraziyə yayılıb.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı