Modern.az

"Qara qızıl" bir qədər də ucuzlaşdı

Aktual

2 Avqust 2018, 23:17

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 72,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 1-də 72,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,04 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 1-də 72,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar/barel azdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı