Modern.az

İstirahət günləri səyahətə çıxanların nəzərinə: HAVA PROQNOZU

İstirahət günləri səyahətə çıxanların nəzərinə: HAVA PROQNOZU

Aktual

3 Avqust 2018, 16:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

 

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda isə 22-27 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanların isə nəzərinə çatdırılır ki, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz olacağı  gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə  isti təşkil edəcək.

 

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, avqustun 04-05-də hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edirik.  

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı