Modern.az

İstanbulda 38 xarici vətəndaş saxlanıldı 

İstanbulda 38 xarici vətəndaş saxlanıldı 

Aktual

3 Avqust 2018, 17:04

İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 38 xarici vətəndaş saxlanılıb.

Modern.az-ın məlumatına görə, xüsusi əməliyyat eyni zamanda İstanbulun 12 ünvanında aparılıb.

Saxlanılan şəxslər müxtəlif terror aktları hazırlamaqda şübhəli bilinir.

Əməliyyat zamanı çoxlu sayda sənəd və avadanlıqlar müsadirə edilib.

Həmin şəxslərin milli mənsubiyyəti barədə məlumat verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı