Modern.az

Bakıda narkotik təsiri altında avtobus idarə edən sürücü tutuldu - VİDEO

Bakıda narkotik təsiri altında avtobus idarə edən sürücü tutuldu - VİDEO

Aktual

3 Avqust 2018, 20:26

Bakıda narkotik maddənin təsiri altında avtobus idarə edən daha bir sürücü həbs edilib. Modern.az  xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iyulun 29-da Əhmədov Natiq Vaqif oğlu "İsuzu" markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman qaranlıq vaxtı uzaq vuran işıqlardan istifadə etməsi Yol Patrul Xidmətinin əməkdaşlarının diqqətini çəkib. Şübhəli sürücü Yol Patrul Xidmətinin inspektoru tərəfindən saxlanıldıqda sərxoşluq əlamətləri özünü aşkar büruzə verib.

 

“Xəzər xəbər”in məlumatına görə, tibbi müayinə zamanı Natiq Əhmədovun narkotik vasitə qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi təsdiq olunub. Sərnişin avtobusu mühafizə olunan duracağa yerləşdirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.5-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub. Sürücü isə təsirində olduğu narkotik maddənin mədə dərmanı kimi qəbul etdiyini bildirir.

 

Araşdırmalar zamanı o da məlum olub ki, bu hal sürücünün ilk əməli deyil.

 

Qeyd edək ki, sürücü əvvəllər şəhərdaxili marşrut avtobuslarında işləyib. Bu kimi əməllərinə görə, xətdən uzaqlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı