Modern.az

Daha iki ölkədə “Azərbaycan Ticarət Evi” açılacaq

Daha iki ölkədə “Azərbaycan Ticarət Evi” açılacaq

Aktual

6 Sentyabr 2018, 12:09

Bu ilin noyabr-dekabr aylarında Polşanın paytaxtı Varşavada və Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu barədə AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

O qeyd edib ki, həmçinin ilin sonunda Monqolustan, Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Çin, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyaları həyata keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı