Modern.az

Bərdədə azyaşlı bacı-qardaş küçəyə atıldı - FOTO

Bərdədə azyaşlı bacı-qardaş küçəyə atıldı - FOTO

مورد توجه

3 Fevral 2019, 21:16

Bərdədə  bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Modern.az “Yeni Sabah”a istinadən xəbər verir ki, uşaqlar anası tərəfindən küçəyə atılıb. Körpələr rayonun Səməd Vurğun küçəsində yol kənarında tapılıb. Hər iki uşaq yerli sakinlər tərəfindən Uşaq xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti yaxşıdır, qida və təmiz geyimlə təmin olunublar.

 

Sabahdan onların valideynlərinin axtarışına başlanacaq. Balacaları küçəyə atıb qaçan ana barəsində də hüquq mühafizə orqanlarına müraciət edilib.

 

Qeyd edək ki, küçəyə atılan oğlan uşağı 8 aylıq qız uşağı isə iki yaş  oldugu ehtimal edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı