UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.
Modern.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. "Fənərbaxça" İstanbulda Rusiya "Zenit"ini qəbul edib. 21-ci dəqiqədə İslam Slimaninin vurduğu qol türklərə qələbə qazandırıb. Komandalar arasında cavab oyunu fevralın 21-də Sankt-Peterburqda olacaq.
Qeyd edək ki, bu mərhələnin ilk oyunlarına fevralın 14-də keçiriləcək 15 görüşlə yekun vurulacaq.
Avropa Liqası
1/16 finalın ilk oyunları
12 fevral
21:55. “Fənərbaxça” (Türkiyə) - “Zenit” (Rusiya) - 1:0
Qol: İ. Slimani, 21