Modern.az

Bakıda 10 milyonuncu sakinə görə atəşfəşanlıq oldu - FOTOLAR

Bakıda 10 milyonuncu sakinə görə atəşfəşanlıq oldu - FOTOLAR

مورد توجه

7 Aprel 2019, 22:34

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə bu gün Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib.

Modern.az xəbər verir ki, konsert atəşfəşanlıqla başa çatıb.

 

Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.

 

On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub.

 

Qeyd edək ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Bakının Sulutəpə qəsəbəsində yaşayan Rauf Həsənov polis serjantıdır. Ailənin ilk övladı olan 10 milyonuncu vətəndaşın anası Nigar Ocaqova isə  orta məktəbdə müəllim işləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı