Modern.az

Bakıda avtoyuma məntəqəsinin işçisi bıçaqlandı

Bakıda avtoyuma məntəqəsinin işçisi bıçaqlandı

Aktual

8 May 2019, 23:36

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Xiyabani küçəsi, 25 ünvanında yerləşən avtoyuma işçiləri arasında düşən mübahisə sonda bıçaqlanmaya gətirib çıxarıb.

 

Nəticədə 26 yaşlı Lənkəran rayon sakini olan Həsənzadə Cavid digər avtoyuma işçisi tərəfindən bıçaqlanıb. O, ayaq və yuxarı ətrafların kəsilmiş-deşilmiş yaraları ilə Travmatologiya İnstitutuna yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı