Modern.az

Bakıda sərnişin avtobusu 56 yaşlı qadını vurub

Bakıda sərnişin avtobusu 56 yaşlı qadını vurub

Aktual

25 Noyabr 2019, 00:46

Bakıda qadın piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

"Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında sərnişin avtobusu yolu keçən 56 yaşlı Əliyeva Sevda Cabbar qızını vurub.

Yaralı təcili yardımın köməyi ilə 3 saylı şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Müayinə zamanı S.Əliyevaya sağ baldırın əzilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı