Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən Modern.az-a məlumat verilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verdi.
Dövlətimizin başçısı kompleksin işə salınmasını bildirən düyməni basdı.
Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.


